Bakıda dəhşətli qəza: “Prius” məhəccərə çırpıldı, sürücü öldü

Hadisə

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mahir Bilal oğlu Vəliyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil Sabunçu rayonu ərazisində idarəetmədən çıxaraq yolun sağındakı dəmir məhəccərə çırpılıb.

Nəticədə sürücü B.Vəliyev hadisə yerində aldığı xəsarətlərdən ölüb. Avtomobildə olan sərnişin Bədəlova Fəridə Eman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir