
Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində geniş ərazini əhatə edən yanğın baş verib.
Bu barədə Patrul.az-a sakinlər tərəfindən bildirilib ki, alov minalarla çirklənmiş sahədə başladığı üçün yanğına müdaxilə etmək mümkün deyil. Ərazidə vaxtaşırı mina partlayışlarının baş verdiyi bildirilir ki, bu da yanğının söndürülməsini daha da təhlükəli edir.
Hazırda alovun yayılmaqda davam etdiyi qeyd olunur.
Hadisə ilə bağlı aidiyyəti qurumların rəsmi məlumatı hələlik açıqlanmayıb. Sakinlər yanğının qısa zamanda nəzarət altına alınacağına ümid etdiklərini bildirirlər.
102info.az
