Ağdamda iki avtomobil toqquşdu: 6 nəfər xəsarət aldı

Baş səhifə

Ağdamda qəza baş verib. 

Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Renault Laguna” markalı 99 UA251 dövlət nömrəli avtomobil “GAZ” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 6 nəfər yaralının olduğu bildirilir. Hadisə yerinə cəlb olunan 2 təcili tibbi yardım avtomobili yaralıları Bərdə Diaqnostika Mərkəzinə çatdırıb. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

media-agdam

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir