
Patrul.az redaksiyasına videogörüntü göndərərək şikayət ünvanlayan izləyicimizin bildirdiyinə görə, 20.06.2026-cı il tarixində 20 Yanvar metrostansiyasının üst hissəsində, Velotrekin qarşısında 77-ED-238 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini təhlükəsizlik kameralarının dövlət qeydiyyat nişanını qeydə almaması məqsədilə şaquli vəziyyətdə saxlayıb.
Videogörüntüdən aydın şəkildə görünür ki, sürücü avtomobili avtobus zolağında saxlayaraq həmin zolaq üzrə hərəkəti tam məhdudlaşdırıb. Bu səbəbdən avtobus sürücüləri və sərnişinlər narazılıqlarını ifadə edərək sürücüyə etiraz etsələr də, o, iradlara məhəl qoymayıb.
Nəticədə ictimai nəqliyyatın hərəkətində çətinlik yaranıb, sərnişinlər isə əlavə vaxt itkisi ilə üzləşiblər.
102info.az
