Polis Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlayan şəxsləri saxladı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6000 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A.Əlmuradov saxlanılıb.

Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir