Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev müqəddəs Qurban bayramı münasibətilə xalqımıza, xüsusilə də şəhid ailələrinə, qazilərimizə və müharibə veteranlarına səmimi təbriklərini çatdırıb.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Sizi İslam aləminin ən əziz və müqəddəs bayramlarından olan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, bol ruzi-bərəkət və əmin-amanlıq arzu edirəm.
Qurban bayramı insanları həmrəyliyə, mərhəmətə və paylaşmağa səsləyən müqəddəs gündür. Bu əziz gündə ehtiyacı olan insanlara, şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı, xalqımızın yüksək mənəvi dəyərlərinin və humanist ənənələrinin təzahürüdür.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hörmətimi bildirirəm. Qazilərimizə və müharibə veteranlarımıza minnətdarlığımız sonsuzdur – onlar bizim qürur mənbəyimiz, tariximizin canlı qəhrəmanlarıdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən sonra Qurban bayramı xalqımız üçün daha böyük mənəvi anlam kəsb edir. Bu bayram günlərində hər birimizin duaları şəhidlərimizə, Vətən yolunda sağlamlığını itirmiş qazilərimizə və əsgərlərimizə ünvanlanmalıdır.
Qoy bu mübarək bayram günləri hər bir ailəyə ruzi-bərəkət, sevinc və xoşbəxtlik gətirsin. Uca Allah bütün kəsilən qurbanları qəbul etsin, ölkəmizə sülh, əmin-amanlıq və rifah bəxş etsin.
Bayramınız mübarək olsun!”
102info.az
