Polisin əməliyyatı zamanı 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı A.Əsgərov saxlanılıb. Onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı 7 kiloqram marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

Polisin daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdiyi növbəti tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı R.Məmmədxanlı saxlanılıb. Ondan 8 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı marixuana, heroin, metamfetamin və psixotrop tərkibli metadon həbləri də aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir