Sabunçu rayonunda oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Sabunçu rayonu ərazisində bir nəfərin geyim əşyası, təmir alətləri və avtomobilindən bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Əhmədov saxlanılıb. Araşdırma zamanı onun oğurladığı bank kartı ilə alış-veriş etdiyi də müəyyən olunub.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir