Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Kövər kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Kövər kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kamil Axundov narkomaniyanınn səbəb olduğu problemlərdən ətraflı danışıb. Şagirdlərə bu bəladan uzaq olmağı, dərsləri yüksək qiymətlərlə oxuyub dəyərli şəxsiyyət kimi formalaşmaları tövsiyə olunub.

Həmçinin daxili işlər orqanlarında xidmət etmək arzusunda olan məktəblilər üçün geniş məlumatlar verilib. Polis Akamdemiyasında təhsil almağın üstünlüklərindən bəhs edən video çarx göstərilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir