İsmayıllıda meşə massivində çətənə kolu yetişdirən şəxs tutulub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

İsmayıllıda meşə massivində çətənə kolu yetişdirən şəxs tutulub.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a bildirilib ki, ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir