Qobustanda avtomobil aşıb, xəsarət alan var

Cəmiyyət




Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə 1982-ci il təvəllüdlü Elnarə İsfəndiyar qızı Kərimova xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir