Braziliyada daşqınlar nəticəsində evsiz qalan insanların sayı açıqlanıb – FOTO/VIDEO

Dünya




Braziliyada təbii fəlakətlər səbəbindən 325 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, bundan əlavə, daşqın nəticəsində ölənlərin sayı 107 nəfərə yüksəlib.

Bu barədə Rio-Qrandi-du-Sul ştatının mülki müdafiə xidməti məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, ümumilikdə 1 milyon 742 min 969 nəfər daşqınlardan zərər çəkib, 734 nəfər yaralanıb, 134 nəfər itkin düşüb.

Mənbə: Defesacivil.rs.gov.br

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir