Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edildi – FOTO

Cəmiyyət
Spread the love




“Azərbaycan Dəmir Yolları” QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.

Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlar da hər həftəsonu vətəndaşların xidmətindədir.

Biletləri dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir