Azərbaycanın ABŞ-dəki səfirliyi Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı – FOTO

Cəmiyyət




Azərbaycanın ABŞ-dəki səfirliyi Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bununla bağlı səfirliyin “X” hesabında paylaşım edilib.

“Hyuston və ətraf ərazilərdə yaşayan vətəndaşlarımızın nəzərinə!

Səfirlik tərəfindən 8 may 2024-cü il tarixində Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaq.

Müraciət etmək üçün [email protected] ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”, – deyə paylaşımda bildirilib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir