Sumqayıtda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb

Cəmiyyət

Sumqayıt şəhərində beş yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.

2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.

Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir