Safari zamanı qəzəbli filin turistlərə hücumunun görüntüləri yayıldı – FOTO/VİDEO

Dünya
Spread the love

Zambiyada safari zamanı qəzəbli fil turistləri daşıyan avtomobilə hücum edib. Hücum nəticəsində ölən və yaralananlar var.

Məlumata görə, hadisə Lufupa düşərgəsindən olan altı nəfərlik qrupun başına gəlib. Onlar Kafue Milli Parkında sakitcə maşın sürərkən qəflətən onların arxasınca qaçan qəzəbli fil görüblər.

Turistlər ondan uzaqlaşmağa çalışsalar da, fil geri qalmayıb. Sürücü geriyə getmək üçün dayanıb, bu zaman fil avtomobilə özünü çatdırıb və onu aşırıb.

Turistlərdən biri – 80 yaşlı təqaüdçü yerindəcə keçinib, digər turist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha dördü isə hadisədən qançırlarla xilas olub.

Mənbə: “Baza” “Telegram” kanalı

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir