Rusiyada sürət qatarı ilə sərnişin avtobusu toqquşub: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Dünya

Rusiyanın Yaroslavl vilayətində dəmiryol keçidində baş verən qəza nəticəsində səkkiz nəfər həlak olub.

Məlumata görə, müntəzəm avtobus qadağan siqnalına baxmayaraq relslərə çıxıb, nəticədə Arxangelsk-Moskva reysi ilə hərəkət edən sürət qatarı tərəfindən vurulub.

Ölənlər arasında avtobus sürücüsü də var.

Hadisə nəticəsində daha bir neçə nəfər yaralanıb.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir