Musa Qurbanlının komandası İsveç çempionatına qələbə ilə başlayıb

Dünya
Spread the love

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” klubu İsveç çempionatında yeni mövsümə qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, komanda I turda səfərdə “Höteborq” ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

Matça ehtiyat oyunçular skamyasında başlayan Qurbanlı 70-ci dəqiqədə türkiyəli Deniz Hümmetin yerinə meydana daxil olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir