Lənkəranda yük maşını traktorla toqquşub, üç nəfər xəsarət alıb – FOTO

Cəmiyyət

Lənkəran şəhərində yük maşını traktorla toqquşub.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə “ASAN xidmət”in qarşısında baş verib.

Qəzada ağır yaralanan traktorun sürücüsü təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Yük maşınında sıxılmış vəziyyətdə qalan iki nəfərin Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılması işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir