Kürdəmir Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 102info.az-a verilən məlumata, həmin şəxslərdən ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir