FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

Dünya
Spread the love

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

Oxu.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib.

Üç mövqe geriləyən Teymur Rəcəbov isə (2723) 28-ci ola bilib.

Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasov 100-lükdən kənardadır.

Siyahıya norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ-dən olan Fabiano Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) üçlüyü qapayırlar.

Qadın qrosmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva isə (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (2559), üçüncü sırada Aleksandra Qoryaçkina (2553) yer alıblar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir