Qubada dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək edib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən turizm şirkətinin əməkdaşı Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşı Sahoo Ramakantın əlverişsiz hava şəraiti ilə bağlı Quba-Susay-Xınalıq yolunda ucqar dağlıq ərazidə avtomobilinin qara batması və hərəkətsiz qalmasını bildirib.

Məlumat daxil olan kimi Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər.

S.Ramakant operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir