ABŞ-nin Suriyaya hava zərbələri nəticəsində SEPAH hərbi müşaviri ölüb – FOTO

Dünya

Suriyada ABŞ-nin hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri ölüb.

Bu barədə İranın Suriyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin bombalanması zamanı Bəhruz Vahidi ölüb.

Qeyd edək ki, martın 26-na keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hədəflərə bir sıra hava zərbələri endirib.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir