Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb

Kriminal
Spread the love


Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

APA xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi “Hova” markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə yük avtomobili aşıb. Sürücü A.Həsənov hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir