Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Cəmiyyət
Spread the love


Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 64 kvadratmetr olan üç otaqlı mənzilin yataq otağının yanar konstruksiyaları və ev əşyaları 12 kvadratmetr sahədə yanıb.

Belə ki, yüksək temperaturdan bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir