Eldar Əzizov: “Bakı bu gün dünyada fərqlənən brendə çevrilib”

Siyasət
Spread the love


“Bakı keyfiyyətcə dəyişib və dinamik inkişaf edir”.

“Report”un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı bu gün dünyada fərqlənən brendə çevrilib:

“Son 20 ildə şəhərdə çoxlu yaşayış kompleksləri, hotellər tikilib, xəstəxanaların sayı 2 dəfə artırılıb. Bu gün Bakı dünyanın ən tanınmış turizm mərkəzindən birinə çevrilib. Bakı inkişaf edir, gözəlləşir”.

E.Əzizov qeyd edib ki, Prezidentin siyasəti nəticəsində insanların yaşayış səviyyəsi yüksəlib:

“İnsanlar artıq şəhərə qayğı ilə yanaşırlar”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir