“Sədərək” ticarət mərkəzində yanğın olub

Cəmiyyət
Spread the love


Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında ticarət mərkəzinin 9 və 10-cu sıraları arasındakı mağazaların birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər. Yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir