Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfsizliyi qorumalıdır” – Millət vəkili

Cəmiyyət
Spread the love

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki fəaliyyəti ilə bağlı narahatedici xəbərlər bir-birini əvəz etməkdədir”.

Bu fikri 102info.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, özünü müstəqil, bitərəf və qərəzsiz qurum kimi təqdim edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki fəaliyyətində bu prinsiplərə kölgə salan məqamlar mövcudddur: “Azərbaycana münasibətdə prinsiplərin pozulmasını görürük. Xankəndi Azərbaycan şəhəridir, lakin, BQXK Azərbaycanla razılaşdırmadan, Azərbaycanın izni olmadan bir neçə ildir ki, Xankəndidə ofis açıb. Daha tcüblüsü budur ki, Xankəndindəki ofis qurumun Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyə tabedir. Bu nə deməkdir? Əgər Qırmızı Xaçın missiyası yalnız yardım çatdırmaqdırsa, nə üçün Xankəndidəki ofisi İrəvana tabedir? Həmin ofis Bakıdakı nümayəndəliyə bağlı olmalıdır”.

A.Məmmədovun sözlərinə görə işğal dövründə Qırmızı Xaçın Xankəndi ilə bağlı yanlış addımını bəlkə də, anlamaq olardı. Lakin, bu gün 44 günlük müharibədən sonra yenə də Xankəndidəki ofisin İrəvana tabe olmasında bir məkr var”.

A.Məmmədovun fikrincə, Ağdam-Xankəndi yolunun hümanitar yüklərin daşınması üçün tam açıq olması bölgədəki ermənilərə humanitar yardım çatdırmaq istəyənlər üçün işarədir. Əgər, doğrudanda bölgədə vəziyyət kritikdirsə, insanların yardıma ehtiyacı varsa, bu zaman , nə üçün Qırmızı Xaç yüklərin Ağdam-Xankəndi yolu üzərindən çatdırılmasına təşəbbüs göstərmir? Xankəndidəki separatçı qurum da Ağdam-Xankəndi yolunu betonla bağlayır. Onlarn məqsədi bölgədə gərgin durumun əbədi davam etməsidir!”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir