Şəhərin mərkəzində əlverişsiz küçələr – VİDEO

Cəmiyyət
Spread the love


Bloqer Anar Əliyev memar Dilqəm İsmayılovla bu dəfə Qış parkı adlanan ərazidə olublar. Bu park Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında salınıb və altında 4 min 500 avtomobil tutumuna malik yeraltı avtomobil dayanacağı qurulub. Bu kompleks şəhərin içindəki ən böyük parkdır və ümumi ərazisi 7 hektardır. Parkın uzunluğu 1 kilometr, eni isə 150 metrdir. Park Heydər Əliyev sarayının arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazini əhatə edir. 

Bloqer ərazinin problemlərini göstərən videoçarx hazırlayıb.

O, bildirib ki, burada problem çoxdur – hər zaman danışdığımız yolların və səkilərin vəziyyəti, piyada təhlükəsizliyi, eyni zamanda ümumi mühit də heç ürəkaçan deyil.

Daha ətraflı videoda:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir