Bakının mərkəzində avtoxuliqanlıq edən sürücü ilə bağlı QƏRAR – VİDEO

Daxili İşlər Nazirliyi Yol patrul xidməti
Spread the love

Bakıda sürücü avtoxuliqanlıq edərək qəza şəraiti yaradıb.

102info.az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. İlkin məlumata görə, hadisə 19 iyun gecə saat 01:03 radələrində baş verib.

Məsələ ilə bağlı 102info.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, faktla bağlı araşdırma aparılıb və həmin sürücünün kimliyi müəyyənləşdirilib:

“Nəsimi rayonu ərazisində ictimai qaydanı və əhalinin dincliyini kobud şəkildə pozmaqla yanaşı, yol hərəkəti qaydalarını heçə sayaraq avtoxuliqanlıq edən “Tofaş” markalı, 10-RV-709 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Fərid Mirzəməmmədov Nəsimi rayon Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilib. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Toplanan sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Fərid Mirzəməmmədov İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 AZN məbləğində inzibati cərimə edilib”.

Həmin görüntüləri təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir