Oğuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Daxili İşlər Nazirliyi Tədbirlər
Spread the love

Oğuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı və Ərmənət kənd orta məktəblərində növbəti maarifləndirmə tədbirləri keçirilib. “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirlərdə polis əməkdaşları, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Çıxış edənlər narkomaniya və onun fəsadları haqqında şagirdlərə ətraflı məlumat verib, bu bəladan qorunmağın yollarını göstəriblər. “Ağ ölüm” ilə mübarizənin vacibliyini, yeniyetmə və gənclərin bu sahədə maariflənməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir