DYP talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədilə qanvermə aksiyası keçirilib.

İdarədən “Report”a verilən məlumata görə, aksiyada şəxsi heyət yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir