Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
102info.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.
O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur.

www.102info.az
