Yol Polisi əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan surucu saxlanılıb

Daxili İşlər Nazirliyi Yol patrul xidməti
Spread the love

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən fevralın 23-də saat 18 radələrində Binəqədi rayonunun Daş Bazarı dairəsində Bakı şəhər sakini Yaşar Novruzovun idarə etdiyi “Hyundai” markalı avtomobil ödənilməyən cəriməsi olduğuna görə saxlanılıb.
Sürücüdən sənədlərini təqdim etməsi tələb edildikdə o və sərnişini, paytaxt sakini Ayaz İmanverdiyev polis əməkdaşlarına tabesizlik göstəriblər.
Həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar Sumqayıt şəhərinə həkim müayinəsinə aparılıblar. Lakin orada da onlar analoji hərəkətlərini davam etdirərək tabesizlik göstərdiklərindən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər.
Araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir