Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qazyan kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək bəşəriyyəti təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi problemlər yaratdığını qeyd edən rəis bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib. Digər çıxışçılar da şagirdləri bu bəladan uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.
Sonda maraq doğuran suallar cavablandırılıb.

www.102info.az

