Qubada məktəblilər narkotikin fəsadları barədə maarifləndiriliblər

Daxili İşlər Nazirliyi Tədbirlər
Spread the love

Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 4 nömrəli tam orta məktəbində keçirilən maarifləndirmə tədbirində narkomaniyanın fəsadlarından bəhs olunub.
“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Bəhruz Bədəlov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. Bəhruz Bədəlov Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb.
Gənclərə daim diqqətli olmalarının, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacibliyini bildirib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir