Bayram günləri Naftalana gələn turistlərin sayı artıb

Sosial

Beynəlxalq turizm mərkəzi olan Naftalanda yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün hotellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub. Bundan başqa, bayram günləri ərəfəsində turistlərin daha mənalı istirahəti üçün turizm obyektləri tərəfindən Naftalana yaxın digər mənzərəli bölgələrə ekskursiyalar təşkil edilib.

Qeyd edək ki, Naftalanda yerləşən müasir hotel və istirahət mərkəzlərində bayram günləri ümumilikdə 3000-ə yaxın turist qeydə alınıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir