Paytaxtın yol polisinin son illərdə göstəricilərinin yaxşılaşmasında cənab Rəşid Piriyevin şəxsiyyətinə cəmiyyətdə olan hörmətin az rolu olmayıb.
“2022-ci ilin ötən 9 ayı ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 143 nəfər ölüb, 264 nəfər isə yaralanıb”. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, bu, ötən dövrlə müqayisədə, yəni 2021-ci ilin 9 ayında hadisələrdə 17 fakt, ölümlərdə 2 fakt və xəsarət alanlarda isə 20 fakt azalma deməkdir: “Ötən 9 ay ərzində paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb, 102 nəfər ölüb, 136 nəfər yaralanıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb”.
Oktyabrın 14-də Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarına həsr olunmuş Kollegiya iclasında çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov nəqliyyatın sayının sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin vacibliyinə toxunub. Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin təkmilləşdirilməsi, o cümlədən funksionallığının artırılması ilə əlaqədar qarşıda duran vəzifələri də müəyyən edərək aidiyyəti qurumların rəhbərlərinə bir sıra tapşırıqlar verib.
Qeyd edək ki, polis polkovniki Rəşid Piriyev 2020-ci ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi təyin ediləndən sonra İdarənin fəaliyyətində olduqca müsbət meyllər diqqəti çəkməyə başlayıb. Vəzifə onu deyil, Rəşid müəllim həmişə tutduğu vəzifəni hörmətə mindirib. Piriyev Rəşid Əli oğlu Bərdə rayon Yeni Daşkənd kəndində anadan olub. 1-ci Qarabağ döyüşlərində Ağdərə, Ağcakənd istiqamətində gedən döyüşlərdə misilsiz sücaətlər göstərib. Piriyev Rəşid hər zaman şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğısı ilə tanınır. Çünki qardaşı Piriyev Rəşadət Əli oğlu Kəlbəcər, Laçın, Ağdam, Ağdərə uğrunda gedən ağır döyüşlərdə döyüşərək itkin düşüb.
Şəhid Piriyev Rəşadət Əli oğlu 1 oktiyabr 1973-cü ildə Bərdə rayon Yeni Daşkənd kəndində dünyaya göz açıb. Döyüşlərdə həm rabitəçi operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi iştirak edib. 11 fevral 1994-ci ildə Kəlbəcər rayonu Yanşaq kəndi uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib. Hələlik rəsmi məlumata görə itkin sayılır.
Görünür, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin son illər göstəricilərinin yaxşılaşmasında cənab Rəşid Piriyevin şəxsiyyətinə cəmiyyətdə olan hörmətin az rolu olmayıb. Xüsusi xatırlatmağa dəyər ki, Rəşid Piriyevin şəhər DYPİ-nə rəis vəzifəsində xidmətə başlamasının ilk ili ağır sınaq dönəmi oldu. 2020-ci ilin mart ayından başlayaraq Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına, xüsusi karantin rejimi səbəbi ilə qurulan yoxlama-buraxılma postlarında karantin qaydalarına nəzarət yüksək səviyyədə təşkil edildi. Hərəkət iştirakçılarının hərəkətinə verilmiş icazələr yoxlanılaraq, inzibati tənbeh tədbirlərinin görülməsi nəticəsində minlərlə sürücü inzibati məsuliyyətə cəlb edildi. Yol polisinin iş rejiminin gücləndirilməsi və üzərinə düşən vəzifələrin artmasına baxmayaraq polislərimiz vəzifələrini hər yönü ilə əksiksiz şəkildə həyata keçirirdilər. Bu dövrdə bəzi vətəndaşların qaydaları pozaraq ən ağılasığmaz yollara əl atdığının şahidi olduq. Yükdaşıyan nəqliyyat vasitələrində, təcili tibbi yardım maşınında xəstə adı altında, avtomobilin yük yerində, postlardan kənar piyada və ya gizlin çöl yolları ilə rayonlardan paytaxta və əks istiqamətdə keçmək istəyənlər aşkar edilərək, qarşısı alınıb. Karantin rejimini pozan minlərlə belə hərəkət iştirakçısına inzibati protokol tərtib olunub. Ciddi qayda pozuntularına yol verənlər həbs edilib. Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vaxtaşırı olaraq DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə ictimaiyyətə məlumat verilmişdir. Daha sonra 44 günlük Vətən müharibəsi dövründə tətbiq olunan komendant rejimində də paytaxtın yol polisləri öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər.



www.102info.az
