Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib

Baş səhifə
Spread the love

Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib.

Noyabrın 17-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən hökumət təmsilçilərini, deputatları və media nümayəndələrini salamlayaraq, 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi təbriklərini çatdırıb, hamıya can sağlığı, firavanlıq və fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirələri davam etdirilib.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Tahir Rzayev, Hicran Hüseynova, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlar Hikmət Məmmədov, Məşhur Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov, İlham Məmmədov, Elşad Mirbəşiroğlu, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Aqiyə Naxçıvanlı, Sahib Alıyev, Fəzail Ağamalı, İltizam Yusifov, Azər Badamov, Elman Nəsirov, Razi Nurullayev, Vahid Əhmədov, Əli Məsimli, Fatma Yıldırım, Kamal Cəfərov, Tahir Kərimli, Ceyhun Məmmədov, Rauf Əliyev, Rafael Hüseynov, Asim Mollazadə, Emin Hacıyev, Musa Qasımlı, Kamran Bayramov, Malik Həsənov, Sadiq Qurbanov, Bəhruz Məhərrəmov, Pərvin Kərimzadə, Könül Nurullayeva, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Kamilə Əliyeva, Cəbi Quliyev, Əziz Ələkbərov, Nəsib Məhəməliyev, Səbinə Xasayeva çıxış ediblər.
Millət vəkilləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının qəbul olunması, Yeni Azərbaycan Partiyasının yaranmasının qarşıdan gələn 30 illik yubileyi ilə bağlı fikirlərini bölüşüblər, həmçinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə kəskin etirazlarını bildiriblər. Çıxış edənlər ölkə gündəmində olan vacib məsələlərdən danışıblar, təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələləri qaldırıblar.

#MilliMeclis

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir