Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Cəlilabad rayonunda yerləşən Heydər Əliyev mərkəzində rayondakı ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd yeniyetmə və gəncləri təhsilə, sağlam həyat tərzinə təşviq etməkdir.
Tədbirlərin sonunda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.




www.102info.az
