Azərbaycan və Bolqarıstan arasında siyasi və iqtisadi əlaqələr ötən illərə nəzərən dinamik inkişaf edir.
Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər.
Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb.İki ölkə arasında əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət – iqtisadi və elmi – texniki əməkdaşlıq haqqında, iki dövlətin müvafiq əraziləri arasında və hədlərindən kənarda hava əlaqəsi haqqında, cinayət işləri üzrə hüquqi yardım haqqında, dostluq münasibətləri və əməkdaşlıq haqqında və digər saziş və müqavilələr imzalanıb.
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə getmişdir.Sentyabrın 30-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış etmişdirlər.İlk öncə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanla Bolqarıstan arasında sıx əlaqələr mövcuddur. Həmin əlaqələr 30 illik dövrü əhatə edir. İki dövlət arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni münasibətlər sürətlə inkişaf edib.
Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə şatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.Bu gün yeni geosiyasi vəziyyəti nəzərə alsaq, nəqliyyat təhlükəsizliyi də əlbəttə ki, önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır, – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, – bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın.
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında həmçinin bildirmişdir ki, Bu il tranzit yüklərin həcminin təqribən 50 faizə yaxın artdığını diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, gələcəkdə bu rəqəm daha da böyük olacaq. Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.“Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir. Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq. Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik”, -deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Prezidentinin xarici siyasət kursunda mühüm istiqamətdən biri də iqtisadi əlaqələrdir. Bu gün ölkəmiz dünyanın ən böyük dövlətləri ilə qarşılıqlı iqtisadi münasibətlərini yüksəltməkdədir. Xüsusilə enerji daşıyıcıları ilə bağlı Azərbaycan hazırda mühüm və əvəzedilməz iqtisadi mövqeyə malikdir. Dünyada baş verən proseslər Avropa ölkələri üçün respublikamızın həm siyasi, həm də iqtisadi dəyərini xüsisilə artırmışdır. Bu baxımdan Prezident İlham Əliyevin Bolqarıstana səfəri xüsusilə diqqət çəkir. Ən yüksək səviyyədə keçirilən görüşlər, imzalanan sənədlər iki dost və strateji tərəfdaş ölkələr kimi Azərbaycan və Bolqarıstan arasında siyasi əlaqələrin ötən illər ərzində dinamik inkişaf etdiyini göstərir. Hər iki ölkənin dövlət başçıları və hökumət üzvləri səviyyəsində reallaşan çoxsaylı görüşlər enerji təhlükəsizliyi sahəsində yeni uğurların əldə ediləcəyini düşünməyə əsas verir.
Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.
Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru,
Yeni Azərbaycan Partiyasının üzvü
www.102info.az
