Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyə edilir – YENİLƏNİB + FOTO

Cəmiyyət
Spread the love

AAAF Park yaşayış kompleksində partlayış baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

AAAF Park Yaşayış Kompleksinə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə baş verib. Daha sonra partlayışla müşahidə edilən yanğın qeydə alınıb.

Yanğının qarşısı alınıb. Kompleksə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda yaşayış binalarında elektrik təchizatının bərpası istiqamətində iş aparılır.

23:29

Xırdalanda AAAF yaşayış kompleksində yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, FHN-nin yanğından mühafizə bölmələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Binada yaşayan sakinlərin təxliyəsinə başlanılıb.

Hadisə yerindən olan görüntüləri təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir