Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov 17 sentyabr 2022-ci il tarixində Kəlbəcər rayonundan olan Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşan vətən müharibəsi şəhidi Mönsümzadə Orxan Səfiyar oğlunun ailə üzvüləri ilə görüş keçirmiş, ailə üzvləri ilə birlikdə Şəhidimizin məzarın və şəhid olduğu yeri ziyarət etmişlər.
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Dövlət tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.
Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq, hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi.
Həbib Misirov həmçinin bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətini, eyni zamanda son günlər Ermənistanın növbəti təxribatının qarşını almaq üçün Müzəffər ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlara qarşı aparılan açıq təxribat cəhdləri onu göstərir ki, bu qaragüruhçu dəstələr müharibədən sonra bizim qələbəmizi hələ də həzm edə bilmir və dəfələrlə bu qələbəyə kölgə salmaq üçün müxtəlif vasitələrdən, o cümlədən şəhid ailələrindən, qazilərdən istifadə etmək istəyiblər. Bununla da düşmənə xidmət etdiklərini sübut edirlər. Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Şəhidin atası qeyd etdi ki, ordumuzun şəhid verdiyi bir vaxtda bəzi müxalif dairələr, vətən xainləri ölkəmizdə çaxnaşma salmaq istəyir, təbii ki, istəklərinə nail ola bilməyəcəklər.Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan uzaqlaşdıra bilməz. Mönsümzadə Orxan Səfiyar oğlu 17 sentyabr 1993-cü ildə Bərdə şəhər 2-ci Ərəb Çadır şəhərciyində anadan olub. 1999-cu ildə Ağdam 106 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə orta təhsilini Ağdam rayon Baharlı qəsəbə məktəbində davam etdirib. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2013-cü ildə Naxçıvan MR-nın “N” saylı hərbi hissədə hərbi xidmətini başa vuran Orxan hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2014-cü ildən etibarən xidmətini Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir. 2016-cı il aprel ayından başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Orxan Mönsümzadə əməliyyatlarda yaxından iştirak etmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan Mönsümzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Topçu olan Orxan Mönsümzadə sentyabrın 28-də Ağdam istiqamətində qəhrəmancasına şəhid olub. Subay idi. 29 sentyabr 2020-ci ildə Bərdə şəhər Cəyirli kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!
#YAPKəlbəcər #KəlbəcərYAP #Vətənmüharibəsi #QəhrəmanŞəhidlər #Siziunutmadıq #Azərbaycan #QarabağAzərbaycandır!













www.102info.az
