Türkiyənin səhiyyə naziri Bakıya gəlir

Dünya

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycana gəlir. 

Bu barədə Oxu.Az-a Türkiyənin Azərbaycandakı səfirliyi məlumat verib.

Nazirin Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, 21-23 sentyabrı əhatə edəcək səfər çərçivəsində Fahrettin Koca Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyini də ziyarət edəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir