Bu gün Masallı rayon Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbdə, böyük mütəfəkkir, maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun büstünün açılış olub.
102info.az LEQAL.AZ-a istinadən xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, Musa Qasımlı, Fazil Mustafayev, Etibar Əliyev, Razi Nurullayev, tanınmış alimlər, yazıçılar, jurnalistlər, iş adamları, məktəblilər, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, büst Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanmışdır.
Böyük mütəfəkkirin, büstünü müəlifi tanınmış heykəltəraş İlqar Blayevdir.






www.102info.az
