Salyan, bu gün daha bir şəhidi ilə vidalaşdı…

Baş səhifə
Spread the love

Düşmənin törətdiyi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan Ordusunun əsgəri Sadiq Rəşad oğlu İsayev uğrunda canını fəda etdiyi torpağa tapşırıldı. İgid şəhidimizin vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, Hüquq-mühafizə orqanlarının əməkdaşları, Salyan camaatı iştirak edirdi.

Böyük izdihamla müşayiət olunan dəfn mərasimindən sonra Salyan RİH-in başçısı Sevindik Hətəmov və YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov ilə birlikdə şəhidlərimizin ailələrini ziyarət etdik. Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Sadiq İsayevin (Arbatan kəndi), Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) 26 yaşlı hərbi qulluqçusu Elmin Səmədovun (Qızılağac kəndi) və Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Elmir Hüseynovun (Qaraçala kəndi) valideynlərinə dərin hüznlə başsağlığı verdik. Uca Tanrıdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr dilədik.

Allah bütün şəhidlərimizə rəhmət etsin 🇦🇿🥀🇦🇿

Vətən sağ olsun 🇦🇿🇦🇿

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir