“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı Səbail Rayon Polis İdarəsində müvafiq dövlət qurumlarının nümayəndələri, məktəb direktorları ilə görüş keçirilib.
Görüşdə rayon polis idarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov uşaqlara dair strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlərdən, uşaqların təhlükəsizliyi, polis-məktəb, polis-valideyn əməkdaşlığının faydasından danışıb. Bildirilib ki, xüsusilə internet təhlükəsizliyi, yeniyetmələrin intellektual inkişafı və onların sağlam həyat tərzi keçirmələri istiqamətində məktəblərlə qarışılıqlı əlaqələrin genişlənməsi diqqət mərkəzində saxlanılır.
Tədbirdə Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovniki İbrahim İsmayılov “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasının əhəmiyyətinə toxunaraq, uşaqların hüquqlarının təmin olunması istiqamətində bu sahədə ixtisaslaşmış bütün təşkilatlarla qarşılıqlı işlərin qurulduğunu bildirib. O, vurğulayıb ki, daxil olan müracətlərə çevik reaksiya verilməsi, operativ əlaqələrinin təşkili məqsədilə, orta məktəblərlə yanaşı, uşaq evləri, uşaq və qadın sığınacaqları ilə işlər davam etdirilir.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələrlə bağlı fikir mübadiləsi aparılıb.


www.102info.az
