Avqustun 3-də, səhər saatlarında Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Baş vermiş qanlı insident bir daha göstərir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanı kobud şəkildə pozur və bununla da iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirir.
Ermənistan dövləti bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu öz ərazilərinin keşiyində mərd-mərdanə durub və duracaq. Və hər bir şəhidinin qısasını alacaq.
Allah Şəhidimizə rəhmət eləsin!
Millət vəkili Jalə Əhmədova
www.102info.az
