Suqovuşanda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, “Zəfər” İB-nin sədri Sevinc Alızadə, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin ailə üzvləri, yazıçı-publisist Həmid Herişçi, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Yuxuda görmüsən” kompozisiyasının müəllifi, Bakı Musiqi Akademiyasının professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova, şəhidin döyüş yoldaşları, vətən müharibəsi qaziləri, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.
Deputat İlham Məmmədov tədbirlə bağlı fikirlərini bölüşərək, bildirib ki, O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun. Qəhrəmanlarımız Azərbaycan Ordusunda nümunəvi xidmət etməklə, işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatıblar.








www.102info.az
