Bakıda Nizami Gəncəvinin dağılmış mozaikası bərpa olunur – FOTO

Cəmiyyət
Spread the love

Bakıda Nizami Gəncəviyə və dahi şairin əsərlərinə həsr olunan, dağılmış vəziyyətdə olan mozaikanın bərpasına başlanılıb.

Bu barədə Oxu.Az-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəcəfqulu Rəfizadə və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən abidənin bərpası işlərinə start verilib:

“Ərazidə Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş mozaika var. Həmin mozaikanın bərpası ilə bağlı artıq işlər başlanılıb. Yaxın zamanlarda işlər yekunlaşacaq. Ərazinin qarşısı da abadlaşdırılacaq”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir